Beynəlxalq Enerji Agentliyi neft təklifinin neft tələbini üstələyəcəyini gözləyir
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbinin bu il keçən illə müqayisədə 5 milyon 491 min barel artımla təxminən 96 milyon 282 min barel olacağını gözləyir. Agentlik qlobal neft təklifinin isə 2021-ci ildə 2020-ci illə müqayisədə gündəlik 6 milyon 400 min barel artaraq 99 milyon 220 min barelə çatacağını təxmin edir.Beynəlxalq Enerji Agentliyi (IEA), qlobal neft tələbindəki bərpaya baxmayaraq, Avropada təkrar artamaqda olan yeni növ koronavirus (Covid-19) dalğası, zəif qalan sənaye fəaliyyətləri və yüksək neft qiymətləri səbəbilə bu il və gələn il üçün qlobal neft tələbinin artması üzrə proqnozlarını sabit saxlayıb.
Marja xəbər verir ki, IEA-nın in oktyabr ayına dair "Neft Bazarı Hesabatı"na görə, yüksələn təbii qaz qiymətlərinin neft istifadəsini təşviq etməsilə tələbdə normal şərtlərə müqayisədə gündəlik 400 min barel artım gözlənilir.
Agentlik, qlobal neft tələbinin artması üzrə proqnozlarını bir əvvəlki hesabatı ilə müqayisədə dəyişməz saxlayaraq, bu il üçün 170 min barel, 2022-ci il üçün isə 210 min barel artım proqnozlaşdırır.
Beləliklə, qlobal neft tələbinin bu il keçən illə müqayisədə 5 milyon 491 min barel artımla təxminən 96 milyon 282 min barel olması gözlənilir. Tələbin, gələn il isə gündəlik 3 milyon 371 min barel artımla 99 milyon 653 min barelə çataraq pandemiyadan əvvəlki səviyyələrinə çatacağı nəzərdə tutulur.
Hesabata görə, pandemiyanın ortaya çıxdığı 2020-ci ildə gündəlik 90 milyon 791 min barelə qədər geriləyən qlobal neft tələbi, 2019-da 99 milyon 542 min barel səviyyəsində reallaşmışdı.
QLOBAL NEFT TƏKLİFİ ARTIB
Hesabata görə, qlobal neft istehsalı, oktyabr ayında sentyabr ayı ilə müqayisədə 1 milyon 400 min barel artımla gündəlik 97 milyon 670 min barel səviyyəsində reallaşıb. Bu artımdakı başlıca faktor, avqust ayının sonundakı İda qasırğası səbəbilə istehsalın dayandığı dünyanın ən böyük neft istehsalçısı ABŞ-da hasilatın bərpası olub.
Qlobal neft təklifinin oktyabr-dekabr dövründə 1 milyon 500 min barel artacağı nəzərdə tutulur, bu artımın 400 min barellik qisiminin ABŞ-dan gələcəyi, Səudiyyə Ərəbistanı və Rusiyanın isə OPEC+ hədəflərilə uyğun olaraq 330 min barellik artım təmin edəcəyi təxmin edilir.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı isə oktyabrda bir əvvəlki ay ilə müqayisədə təxminən 240 min barel artımla 27 milyon 420 min barelə yüksəlib.
Hesabata görə, qlobal neft təklifinin 2021-ci ildə 2020-ci illə müqayisədə gündəlik 6 milyon 400 min barel artaraq 99 milyon 220 min barelə çatacağı təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)











