Əhalinin banklardakı manat əmanətləri ilk dəfə 5 milyard manatı keçib
Bu il xarici valyutadakı əmanətlər isə 306,8 milyon manat azalıb.Fiziki şəxslərin cəmi əmanətləri 2021-ci ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 49,3 milyon manat artaraq 8 milyard 887,4 milyon manata yüksəlib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, o cümlədən milli valyutadakı əmanətlər 58,3 milyon manat artaraq 5 milyard 43,4 milyon manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 9 milyon manat azalaraq 3 milyard 844 milyon manata düşüb.
Milli valyutadakı cəmi əmanətlərin məbləği ilk dəfə 5 milyard manat səviyyəsini keçib.
2021-ci ilin oktyabr ayının sonunda cəmi əmanətlərin 56,7%-i milli valyutada, 43,3%-i xarici valyutada olub. Ötən ilin sonunda bu nisbətlər müvafiq olaraq 49,3% və 50,7% idi.
Ötən ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində cəmi əmanətlər 709,5 milyon manat artıb. O cümlədən, milli valyutadakı əmanətlər 1 milyard 16,3 milyon manat artıb, xarici valyutadakı əmanətlər isə 306,8 milyon manat azalıb.
Əmanətləri 8 milyard 587,7 milyon manatı rezidentlərə, 299,7 milyon manatı qeyri-rezidentlərə məxsus olub.
Oktyabr ayının sonuna olan məlumata görə, 8 milyard 887,4 milyon manat cəmi əmanətlərin 6 milyard 603,1 milyon manatı və ya 74,3%-i qısamüddətli, 2 milyard 284,4 milyon manatı və ya 25,7%-i uzuanmüddətli əmanətlər olub.
Fiziki şəxslərin cəmi əmanətlərinin 3 milyard 612,9 milyon manatını cari hesablar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
50 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)
.jpg)








.jpg)



