ABŞ Putinin ətrafını beynəlxalq ödəniş sistemlərindən məhrum edə bilər
Rus oliqarxları Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinə çıxışdan məhrum edilə bilər.Birləşmiş Ştatlar, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları öyrənir. Amerikalı hərbi analitiklərin fikrincə, Rusiya hərbçilərindən ibarət təxminən 100 minlik qrup Ukraynanın sərhədləri yaxınlığında cəmləşib.
Marja-nın məlumatına görə, “The New York Times” (NYT) yazır ki, Amerika və Britaniya rəsmiləri Rusiya prezident Vladimir Putinin ətrafına qarşı tədbirlər üzərində işləyirlər.
"Xüsusilə, rus oliqarxlarının Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinə çıxışdan məhrum edilməsi, həmçinin Britaniya və Avropaya, o cümlədən onların ailə üzvlərinə səyahətə məhdudiyyətlərin qoyulması ehtimalı nəzərdən keçirilir", - NYT yazır.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Rusiya üzrə eksperti Andrea Kandel Taylorun sözlərinə görə, Bayden administrasiyasının rəsmiləri indi Avropada əlaqələndirilmiş paket hazırlamağa çalışırlar.
NYT mənbələri bildirirlər ki, Vaşinqton sanksiyaların "qılıncını kəskinləşdirərkən", hələ də diplomatik kanallar vasitəsilə Kremllə danışıqlar aparmağa çalışır. Bununla yanaşı, artıq razılaşdırılmış 400 milyon dollarlıq tədarükdən əlavə Kiyevə əlavə hərbi yardım məsələsi havada dayandırılır: rəsmilər bunun vəziyyətin gərginləşməsinə səbəb olacağından ehtiyat edirlər.
ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid cümə günü bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəallaşmasına cavab olaraq hər hansı addım atacağını istisna etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























