"Twitter"in çinli analoqu birjadan 547,3 milyon dollar cəlb edir
Çinin "Weibo" mikrobloq şəbəkəsi Honq-Konq birjasından 547 milyon dollar cəlb edəcək."Twitter"in çinli analoqu hesab edilən, Çinin ən məşhur mikrobloq platforması "Weibo"nun operatoru Honq Konq birjasında ikinci dərəcəli listinq vasitəsilə təxminən 547,3 milyon dollar cəlb etmək niyyətindədir.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi "South China Morning Post" məlumat yayıb.
Məlumata görə, Pekində yerləşən şirkət 11 milyon səhm buraxmağı planlaşdırır, maksimal qiymət 388 Honq-Konq dollarını (49,75 ABŞ dolları) keçməyəcək. Ehtimal olunur ki, son yerləşdirmə qiyməti cümə axşamına qədər müəyyənləşəcək və dekabrın 8-dən səhmlərin birjada listinqinə başlanacaq.
"Weibo" mikrobloq xidməti 2009-cu ildə istifadəyə verilib. 2014-cü ildə şirkətin səhmlərinin ilkin kütləvi təklifi (İPO) Amerikanın "Nasdaq" birjasında baş tutub. Hazırda "Weibo"nun 566 milyon aylıq aktiv istifadəçisi var ki, onlardan 246 milyonu bu xidmətlərdən gündəlik istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
11 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
11 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
12 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)







.jpg)






