Azərbaycandan Rusiyaya pomidor ixracı demək olar ki, dayanıb
Azərbaycanda 2021-ci ilin Avqust ayında cüzi 51 min dollar dəyərində 64 ton sentyabr ayında 30 min dollar dəyərində 34 ton, oktyabr ayında isə 1 milyon 410 min dollar dəyərində 1204 ton pomidor ixrac olunub.Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə apardığı danışıqlar və fitosanitar monitorinqləri pomidor ixracının artması ilə nəticələnmir.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. Müqayisə üçün qeyd edək ki, Azərbaycandan 2021-ci ilin 7 ayında (yanvar-iyul) 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton ton, 8 ayında (yanvar-avqust) 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton, 9 ayında (yanvar-sentyabr) isə 128 milyon 242 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunmuşdur. Beləliklə, avqust ayında demək olar ki dayanmış ixrac (Avqustda cüzi - 51 min dollarlıq 64 ton pomidor ixrac edilib) həm sentyabrda, həm oktyabrda da tam bərpa olunmayıb. Sentyabrda cüzi - 30 min dollar dəyərində 34 ton, oktyabrda isə 1 milyon 410 min dollar dəyərində 1204 ton pomidor ixrac olunub.
pomidor ixracı 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında dəyər ifadəsilə 25%, miqdar ifadəsilə də 25% azalıb. 2020-ci ilin 10 ayında Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Maydan pomidor ixracı sürətlənmiş, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.
İyuldan aylıq pomidor ixracının sürətlənməməsi müşahidə edilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, Rusiyanın müvafiq qurumunun əməkdaşları tərəfindən təsərrüfatlarda aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə həmin qurum tərəfindən ixrac icazələri birbaşa AQTA-nın zəmanət məktubu əsasında veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























