Veysəloğlu Şirkətlər Qrupu sağlamlıq imkanları məhdud uşaqları ziyarət edib
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupu Nəsimi rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbdə bayram şənliyi təşkil edib. Veysəloğlu şirkətinin “Yardımsevənlər” könüllülər qrupu və şirkət rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.
Veysəloğlu Şirkətlər Qrupu hər il olduğu kimi, bu il də xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqət mərkəzində saxlayaraq, onları yad edib, onlara müxtəlif hədiyyələr təqdim edib. Ümumilikdə 109 uşağın təhsil alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən təşkil olunan 1950-ci il iyunun 1-də "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub. Həmin tarixi gündən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Xatırladaq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına qoşulub. Bu Konvensiyaya görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























