“2022-ci il genişmiqyaslı tikinti-quruculuq ili olacaq”
"İlk şirkətlərin zavodlarının təməlinin qoyulması üçün hazırlıq işləri gedir""İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa işləri paralel şəkildə aparılır. Əsas məqsəd ümumi planın təsdiqindən sonra, müfəssəl planların təsdiq edilməsidir”.
Bu barədə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, müfəsssəl planların hazırlanması həm Füzuli, həm də Ağdam şəhərləri üzrə yekunlaşmaq üzrədir: “İlk olaraq şəhər mərkəzlərinin, ətraf kəndlərin bərpasına başlanılması nəzərdə tutulur”.
E.Hüseynov Ağdamda aparılan işlərlə bağlı danışarkən bildirib: “Ağdam Sənaye Parkında xüsusi mobilizasiya zonası artıq hazırdır. Rezident statusu qazanmış ilk şirkətlərin zavodlarının təməli qoyulur. Yəni, bunun üçün hazırlıq işləri gedir”.
O əlavə edib ki, Ağdamda yaşayış massivin salınması ilə bağlı artıq işlərə başlanılıb: “Birinci məhəllə altı mərtəbəli binalardan ibarət olacaq. Orada həm meşə zolağının salınması, həm də bir nömrəli məktəbin tikintisi aparılır. Bütün bunlar Prezident İlham Əliyevin mayın 28-də səfəri zamanı təməli qoyulmuş ərazilərdir. Həmin yerlərdən biri də Cümə Məscididir, onun restavrasiyası başlamaq üzrədir və Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Yavaş-yavaş digər layihələrin də icrasına başlayırıq. Hesab edirəm ki, 2022-ci il çox genişmiqyaslı tikinti- quruculuq ili olacaq”.
Qeyd edək ki, bu ilin 28 may tarixində Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı, oktyabrın 17-də isə Füzuli rayonunun Baş planı təqdim edilib.
Xatırladaq ki, Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 %-i yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər genişzolaqlı olacaq.
Füzulidə “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılır. Beş kəndi birləşdirən bu layihə, gələn ilin sonuna qədər keçmiş sahiblərinin sərəncamına verilməsi gözlənilir. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 28 d. əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
5 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
Ən çox oxunanlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















