PAŞA Bank tərəfindən həyata keçirilən “Rəqəmsal Zirvələr Konfransı 2021” sona çatıb
8-11 dekabr tarixlərində ölkənin qabaqcıl korporativ maliyyə institutu PAŞA Bank tərəfindən “Rəqəmsal Zirvələr Konfransı” keçirildi. Cəmiyyətdəki texnoloji, innovativ və yaradıcı sahələrin inkişafına yönəlmiş 4-günluk tədbirdə məshul sahibliyi, proqram təminatı və yaradıcı dizayn kimi mövzular üzrə həm yerli həm də xarici spikerlər öz təcrübələri bölüşüblər.
Onlayn formatda canlı yayımlalan tədbirin ilk günündə “ProductHunt” şüarı altında müxtəlif şirkətlərin mütəxəssisləri məhsul sahibliyinin şirkətdəki rolu və bu sahədə uğur qazanmağın sirlərini iştirakçılarla bölüşüblər. DevOps günü çərçivəsində nəhəng şirkətlərin nümayəndələri iştirakçılarla rəqəmsal mühəndislik mövzusunda təcrübələrini paylaşıblar. Konfransın 3-cü günü spikerlər “UX/UI” barədə aktual mövzular haqqında danışıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Son gündə isə Data haqqında müzakirələr baş tutub. Tədbirdə panel diskussiyası və “workshop” kimi interaktiv hissələrdə spikerlər tədbir iştirakçılarının bazardakı aktual olan suallarını cavablandırıblar.
“Rəqəmsal Zirvələr Konfransı”-nın açılışında çıxış edən PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, indiki zamanda yeniliklər gətirmək üçün ən əsas amil sahibkarlıq ruhu olan insanları tapmaq və onlara resurslar verməkdir.
“Digər vacib amil isə innovativ texnologiyaların və həllərin istifadəsidir. Kəskin dəyişən biznes mühitində rəqəmsallaşma vacib amillərdən biridir. İqtisadiyyatın real sektorunun aparıcı qüvvəsi olaraq, PAŞA Bank yenilikçi və potensiala malik olan şəxsləri dəstəkləyib həm ölkəmiz həm də cəmiyyətimiz üçün vacib layihələrin reallaşdırılması üçün dəstək verməyə hazırdır”, -deyə, T. Kazımov bildirib.
“Rəqəmsal Zirvələr Konfransı 2021” tədbirinə ümumi 400-dən çox fiziki olaraq iştirakçı qatılıb. Böyük maraqa səbəb olan tədbirin gələcək illərdə yenidən keçirilməsi düşünülür.
Xatırladaq ki, “PAŞA Bank” İT seqmenti və rəqəmsal bankçılıq sahəsində aktual mövzuları müəyyənləşdirən maliyyə texnologiyaları sənayesində baş verən yenilikləri və ən son təcrübələri ölkəmizdə daha əlçatan etməyi hədəfləyir. PAŞA Bankın bu istiqamətdəki layihələri və tədbirləri növbəti il boyunca davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
7 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















