Pakistan Əfqanıstana 30 milyon dollar humanitar yardım ayırıb
Avqustda beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması ilə bu ölkəyə yardımlar dayanıb, əfqan xalqı humanitar böhranla üzləşib.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.
Pakistanlı diplomat bildirib ki, beynəlxalq hesabatlara görə, əgər beynəlxalq yardım olmazsa, Əfqanıstanı böyük iqtisadi böhran gözləyir: “Bu ölkədə əhalinin yarıdan çoxu aclıqla üz-üzədir. Qarşıdakı aylar çox vacibdir. Əgər humanitar yardım olmazsa, bu ölkədən kütləvi miqrasiya başlaya bilər və ya çoxsaylı ölümlər ola bilər. Əgər əfqan xalqına beynəlxalq yardım olmazsa, indiyə qədər bu ölkədə müharibədə həlak olanlardan daha artıq insan öləcək. Ölkələr bu böhranın qarşısını almazsa, bu dünya üçün böhran olacaq”.
Səfir deyib ki, 19 dekabrda İslamabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçılarının Əfqanıstandakı vəziyyətə dair fövqəladə iclası keçiriləcək: “Heç kim Əfqanıstandakı sistemi tanımaqdan danışmır, bizim diqqət ayırdığımız məsələ humanitar məsələdir, günahsız insanların həyatını xilas etməkdir. İslamabad bu iclasa ev sahibliyi edəcək. Bu ideya Səudiyyə Ərəbistanından gəlib. Çünki Pakistan Əfqanıstanla sərhəddir. Bu İƏT-in artıq 17-ci fövqəladə iclasıdır. İlk iclas da Əfqanıstanla bağlı idi. İllər keçib, amma biz yenə də Əfqanıstanı müzakirə edirik. Bu kollektiv məsuliyyətdir”.
B. Hayee qeyd edib ki, Pakistan indiyədək Əfqanıstana 30 milyon dollar humanitar yardım ayırıb: “Bura ərzaq, dərmanlar ilkin ehtiyaclar daxildir. Həmçinin Pakistan humanitar yardımın göndərilməsi üçün dəhliz rolunu oynayır. Bu, tarixi görüşdür. Əsas məqsəd Əfqanıstandakı insanların həyatını xilas etməkdir. Biz Qərb ölkələrindən də eyni dəstəyi gözləyirik.
Ümid edirik ki, İƏT ölkələrinin XİN başçılarının iclasında ölkələr Əfqanıstandakı humanitar böhrana maliyyə dəstəyi ilə bağlı razılıq verəcəklər”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























