"Kredit faizləri dəyişməmiş, depozitlər üzrə faizlər artıb" - MƏRKƏZİ BANK
"Məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır"."Dekabrın ötən dövründə kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir".
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Faiz dəhlizinin parametrləri haqqında" açıqlamasında bildirilir.
Qeyd edilib ki,ptən iclaslarda qəbul edilən pul siyasəti qərarları müəyyən zaman intervalı ilə monetar amillərin inflyasiya üzərində məhdudlaşdırıcı təsirlərini gücləndirməkdədir.
Qiymətləndirmələrə görə inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və azalma meyillidir. Başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır.
Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır. İlin əvvəlindən pul bazası cəmi 5.1% artmışdır.
Dekabrın ötən dövründə banklararası REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi artım qeydə alınmışdır. Kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir.
Bank sistemi üzrə kredit portfeli noyabrda 1.8%, ümumilikdə 11 ayda 15% artmışdır. Bu artım əsasən artan depozitlər hesabına maliyyələşdirilir. Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 29% (2.8 mlrd. manat) artmışdır.
İlin ötən dövründə dövlət büdcəsi profisitli olmaqla pul bazasının artımına məhdudlaşdırıcı təsir etmişdir ki, bu da anti-inflyasiya effekti vermişdir. İlin qalan dövründə büdcə xərcləmələrində aktivləşmə gözlənilsə də onun monetar şəraitə təsirlərinin növbəti ilə keçəcəyi proqnozlaşdırılır.
Həmçinin oxu
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















