Azercell-dən bol hədiyyəli yubiley ayı!
25 ilini qeyd edən mobil operator abunəçilərinə təşəkkür edir(®) Dekabrın 15-də fəaliyyətinin 25-ci ilini tamamlayan “Azercell Telekom” MMC bu illər ərzində abunəçilərini daim keyfiyyətli rabitə, sürətli internet və texnoloji yeniliklərlə təmin etmək üçün çalışıb. Əsrin dörddə birini geridə qoyan mobil operator bu əlamətdar tarixi 5 milyon abunəçisi ilə birlikdə qeyd edir.
Azercell komandası bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir və minnətdarlığının ifadəsi olaraq bol hədiyyəli yubiley ayını elan edir.
15 dekabr-15 yanvar tarixlərini əhatə edəcək kampaniya zamanı Azercell-in rəsmi sosial şəbəkə səhifələrində əyləncəli və sürpriz dolu müsabiqələr keçiriləcək. Müsabiqələrin keçirilməsi və şərtləri barədə istifadəçilər sosial səhifə və digər kommunikasiya kanalları vasitəsilə əvvəlcədən məlumatlandırılacaq.
Yubiley aylığında milyonlarla abunəçi əyləncəli vaxt keçirməklə yanaşı, həm də Azercell-dən dəyərli hədiyyələr qazanacaqlar.
Ölkədə ilk dəfə GSM texnologiyasını, 4G texnologiyasını tətbiq edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən, 24/7 rejimdə çalışan Çağrı Mərkəzi quran və bu kimi bir çox ilklərə imza atan Azercell 25 illik fəaliyyəti ərzində ölkənin mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib. Müqəddəs Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda ilk stansiya quran, həmin ərazilərdən ilk bağlantı yaradan da məhz Azercell olub.
Şəbəkəsini bütün ölkə ərazisində genişləndirməkdə olan Azercell indi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”məqsədi və “Sənə yaxın gələcək” şüarı ilə tamamilə fərqli bir rəqəmsal eraya qədəm qoyur. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.
Azercell-in hədiyyə dolu yubiley ayına qatılmaq və dəyərli hədiyyələr qazanmaq üçün hər kəsi şirkətin sosial media hesablarını izləməyə dəvət edirik:
Facebook: https://www.facebook.com/azercell
Instagram: https://www.instagram.com/azercell/
LinkedIn: https://www.linkedin.com/company/azercell/
TikTok: https://www.tiktok.com/@azercell_official
Twitter: https://twitter.com/Azercell
YouTube: https://www.youtube.com/AzercellAds
Azercell-“Sənə yaxın gələcək”!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 20 d. əvvəl
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
























