Azərbaycanda kreditlərə əlçatanlıq səviyyəsi artırılacaq
2017-ci ildə Azərbaycanda maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı ilə bağlı görüləcək tədbirlər açıqlanıb.
Bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.
Plana əsasən, bu il aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub:
- Daşınar əmlak üzərində yüklülüyün yaranması, üçüncü şəxslər üçün yüklülük barədə məlumatların əldə olunmasının açıqlığı, daşınar əmlaka tutma yönəldilməsi (realizəsi) ilə bağlı vahid yanaşmanı (girov, lizinq, faktorinq və digər bütün münasibətlər üzrə eyni prosedur) əks etdirən qanunvericilik aktlarının işlənməsi;
- Daşınar əmlakın hər hansı kateqoriyasının (məsələn, avadanlığın) yüklülük verənin (borclunun) sahibliyində qalmaqla müqavilədə və reyestrdə ümumi formada təsvirinə icazə verilməsi;
- Gələcəkdə əldə olunacaq əmlakın yüklü edilməsinə icazə verilməsi və yüklülüyün bəhərə, məhsula, habelə daşınar əmlakın əvəzlənməsi halında yeni daşınar əmlaka da avtomatik şamil olunması tədbirlərinin müəyyənləşdirilməsi;
- Əsas öhdəliyin ümumi formada təsvirinə, bütün növ öhdəliklərin təmin olunmasına və yüklülük müqavil əsində əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilməsi;
- Fiziki və hüquqi şəxslər üçün şəffaf və əlçatan olan, bütün ölkəni və bütün aktivləri əhatə edən, habelə yüklülük verənin (borclunun) identifikasiyası ilə əlaqələndirilən onlayn reyestrin yaradılması və fəaliyyətinin təmin edilməsi;
- Reyestrin bildiriş əsasında yüklülüyü qeydə alması (elektron bildirişin qeydə alınması formasında və sənədləri özündə toplamadan) və yüklülüyün bütün növlərini əhatə etməsi;
- Reyestrin maraqlı üçüncü şəxs tərəfindən yeni yüklülüyün onlayn formada qeydə alınmasına, mövcud yüklülüklərdə dəyişiklik edilməsinə və onlara xitam verilməsinə, habelə axtarış aparılmasına imkan verməsi;
- Yüklülük müqaviləsinin bağlanması zamanı daşınar əmlaka tutma yönəldilməsinin məhkəmədənkənar qaydasına icazə verilməsi, yüklülük sahibinin (kreditorun) daşınar əmlakı dövlət və ya özəl hərracda satmasına, habelə borc əvəzində daşınar əmlakı mülkiyyətinə götürməsinə icazə verilməsi;
Qeyd olunan tədbirlərin icrası isə Prezident Administrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olacaq. Yüklülük mexanizminin təkmilləşdirilməsi nəticəsində əməliyyatların sayının artması gözlənilir.
Tədbirlər Planı: http://azertag.az/store/files/news/02.06/TEDBIRLER_PLANI.pdf
© Report
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü






















