“MKT İstehsalat Kommersiya” şirkəti Aqrobiznesin İnkişafı Forumunda iştirak edib
(®) Dünya Bankının dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Dekabrın 22-də Bakı şəhərində Aqrobiznesin İnkişafı Forumu keçirilib.
Forumun keçirilməsində məqsəd ölkəmizdə sürətlə inkişaf edən kənd təsərrüfatı sektorunda yer alan qurumları bir araya gətirmək, sektorun hazırki vəziyyətini, inkişaf addımlarını və qazanılan təcrübələri müzakirə etməkdən ibarət olmuşdur.
Tədbirdə açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatına veriən dəstəklərdən, qeyd olunan səhənin inkişafı üçün alınan inkişafyönümlü qərarlardan, bir sözlə əkindən başlayaq ixraca qədər bütün proseslərdə aparılan və aparılacaq inkişaf tədbirlərindən bəhs etmişdir.
Qeyd olunan forumda “MKT İstehsalat Kommersiya” MMC də iştirak edib. Şirkət 2021-ci ilin əvvəlindən kənd təsərrüfatı sektorunda ixrac lideridir. Kənd təsərrüfatı sektorunun inkişafı üçün daima çalışan şirkət forumda təcrübələrini bölüşərək inkişaf planında rolundan bəhs etmişdir.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 ha sahədən rekord göstərici olan 35.6 sentner/ha xam pambıq istehsal etmişdir.
Cari ilin Yanvar-Oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
