Nazir müavini: Xəzərin səviyyəsi 18 metr aşağı düşə bilər
Qlobal iqlim dəyişmələri, su resurslarının azalması, quraqlıq səhralaşma kimi problemlər yaradır. Eyni zamanda, Arktika, Antarktida və Qrenlandiyada buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi qalxıb, bu da bir çox ərazilərin su altında qalmasına gətirib çıxarıb. Bu prosesin gələcəkdə daha da genişlənməsi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev "Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları" mövzusunda keçirilən seminarda bildirib ki, bu gün qlobal istiləşmə ilə bağlı Azərbaycanda da bir çox problemlər meydana çıxmışdır. Onlar arasında su çatışmazlığı, kənd təsərrüfatının məhsuldarlığına təsir, quraqlıq, Xəzərsahili ərazidə iqlim dəyişmələrinin təsiri ilə bağlı meydana çıxan problemlər var.
Rauf Hacıyev deyib: "Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrdə ətraf mühitə və iqtisadi həyata ciddi təsir göstərəcəyi də istisna edilmir.
İki qitə arasında yerləşən Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur və onun səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Ötən əsrin 30-cu illərindən 1977-ci ilədək Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin ən minimal hüduduna (-29 m) çatıb. Lakin 1977-ci ildən 1995-ci ilədək səviyyə 2,5 m qalxaraq 1995-ci ildə 26.5 metrə yaxın olub. Bu zaman bir çox ərazilər su altında qalmış və təsərrüfat sahələrinə ciddi ziyan vurulmuşdur.
Son 25 il ərzində qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində səviyyə yenidən aşağı düşərək -28 metr olmuşdur. İqlim dəyişmələrinə dair ssenarilərdə isə gələcəkdə havanın temperaturunun və buxarlanmanın artması nəticəsində səviyyənin daha da aşağı düşməsi gözlənilir.
Alman və holland alimləri tərəfindən aparılan tədqiqatlara görə, ölkələr 2015-ci ildə imzalanmış istilik effekti yaradan qazların atmosferə atılmasının azaldılmasına dair Paris Razılaşmasının tələblərinə əməl etməklə temperatur artımını məhdudlaşdırarsa, Xəzərin səviyyəsi əsrin sonunadək yalnız 9 metr düşər, əks halda isə 18 metr aşağı düşə bilər.
Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən də gələcəkdə səviyyənin müxtəlif dərəcələrdə düşməsi proqnozlaşdırılır. Gələcəkdə səviyyənin aşağı düşməsi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi baxımdan ciddi problemlər yarada bilər. Məsələn, dənizin Şimal hisəsində böyük ərazi quruya bilər, sahilyanı ekosistemə ciddi təsir olar və rekreasiya və turizm sahəsində, sahilyanı ərazidə yerləşən infrastrukrurun fəaliyyətində ciddi çətinkliklər yarana bilər və bu prosses eyni zamanda biomüxtəlifliyə mənfi təsir edər və dəniz canlılarının populyasiyalarının ciddi azalmasına gətirə bilər. Xüsusilə də, Qızılağac körfəzində və digər sahələrdə bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər.
Belə hesab edirik ki, bu gün ölkəmizin və bütün Xəzəryanı dövlətlərin mütəxəssisləri səviyyə dəyişikliklərinin tədqiqi və onlarla bağlı yaranacaq problemlərin həlli və ya mənfi təsirlərinin azaldılması istiqamətində lazımi tədbirlərin və onların icra yollarının tez bir zamanda müəyyən edilməsi üçün bir araya gəlməlidirlər
Bugünkü görüşümüzün də məqsədi Xəzər dənizi ilə bağlı tədqiqatlar aparan mütəxəssislərimizin bu problemə və onun həllinə dair fikir və təkliflərini öyrənmək, xüsusilə də daha səmərəli tədbirlər görmək üçün digər Xəzəryanı ölkələrin mütəxəssisləri və beynəlxalq qurumların da iştirakı ilə geniş miqyasda birgə işlərin aparılması yollarını müzakirə etməkdir".
“Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 25 d. əvvəl
- 45 d. əvvəl
-
56 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!










.jpg)








.jpg)
