Kirayə mənzil mexanizmindən istifadə edənlər artır - 1280 VƏTƏNDAŞ
Vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi və mənzil vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən 2021-ci ildə də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə proseslər davam etdirilib.
Fondun yaydığı məlumatda bildirilir ki, cari il ərzində 867 mənzil mexanizm çərçivəsində vətəndaşlara təhvil verilib ki, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Ümumilikdə isə, bu günə kimi 1280 sayda mənzil vətəndaşlara təhvil verilib.
Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunu gənclər və gənc ailələr təşkil edib.
Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumuşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.
Qeyd edək ki, hazırda Fond tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 7 fərqli ünvanda 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər təklif olunur. Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Vətəndaşların tələbi və istəkləri nəzərə alınmaqla Fond mütəmadi olaraq kirayə mənzillərin siyahısını genişləndirir.
Mexanizm çərçivəsində aylıq ödənişlər çox güzəştli şərtlərlə hesablanır. Proseslər isə ən qısa vaxtda - 3 iş günü ərzində tamamlanmaqla mənzil vətəndaşa təhvil verilir.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
7 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 25 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
1 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















