Siqaret çəkilməsi ilə bağlı cərimələrin artırılması təklif edilir
Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı təkliflər irəli sürüblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb. O deyib ki, ardıcıl aparılan işlərdən sonra hazırkı qanun layihəsinin son variantı reallıqlara əsasən təqdim olunub: “Hesab edirəm ki, qanun layihəsi plenar icasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən qanun layihəsini müzakirə etmək olar”.
Çıxış edən deputat Fazil Mustafa bildirib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” haqqında qanun layihəsi önəmli hadisə kimi qiymətləndirilə bilər.
Deputat söyləyib ki, bu qanuna əməl etməyi düşünən insanların sayı çoxdur: “Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan, onun ilkin tətbiqi üçün maarrifləndirməyə ehtiyac olacaq. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.
F. Mustafa çıxışı zamanı deputatların tütünün törətdiyi zərərlə bağlı arayış şəklində sənəd hazırlamasını da təklif edib.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı deyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir.
Tütünlə bağlı daha çox şadlıq evlərində xüsusi problemlərin olduğunu deyən deputat qanunda bununla bağlı sərt müddəaların olmasını təklif edib.
Deputat Rövşən Rzayev qanun layihəsində cərimələrin artırılmasını da təklif edib. O bildirib ki, qanun layihəsində metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub: “Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
56 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)
















