App Store proqram istehsalçıları 2021-ci ildə 60 milyard dollar gəlir əldə ediblər
Apple, iOS tərtibatçılarının (istehsalçılarının) 2021-ci ildə App Store-dan cəmi 60 milyard dollar gəlir əldə etdiyini, 2008-ci ildən bu yana gəlirlərinin isə 260 milyard dollara çatdığını açıqlayıb.Mobil proqramlar öz tərtibatçıları üçün mühüm gəlir kanalı olmağa davam edir.
Marja.az xəbər verir ki, Apple tərəfindən açıqlanan məlumatlara görə, iOS tərtibatçıları 2021-ci ildə App Store-dan cəmi 60 milyard dollar, 2008-ci ildən bəri isə 260 milyard dollar gəlir əldə ediblər.
Apple-ın proqram mağazası olan App Store 2008-ci ildə istifadəyə verilib.
Bir sözlə, iOS üçün proqramlar hazırlayanlar 2008-2020-ci illər arasında cəmi 200 milyard dollar, təkcə 2021-ci ildə 60 milyard dollar gəlir əldə ediblər. Bu vəziyyət əldə olunan gəlirin illər ərzində nə qədər artdığını da ortaya qoyur.
Verilən məlumata görə, iOS tərtibatçıları 2020-ci ildə App Store-dan 45 milyard dollar gəlir əldə ediblər. 2020-ci illə müqayisədə 2021-ci ildə proqram tərtibatçılarının App Store-dan əldə etdiyi gəlirlərdə təxminən 34 faiz artım olduğunu görürük. Tərtibatçıların indiyə qədər qazandıqları 260 milyard dolların yarısından çoxu təkcə son üç ildə əldə edilib.
Əvvəllər komissiya ilə bağlı tərtibatçılarla ciddi problemlər yaşayan Apple, App Store-da daha aşağı komissiyalar təklif edən Kiçik Biznes Proqramı ilə gündəmə gəlir. Bu proqram illik gəliri 1 milyon dollara qədər olan tərtibatçılar üçün komissiya dərəcəsini 30 faizdən 15 faizə endirib. Gəlirlərin artmasının ən əhəmiyyətli səbəbi Kiçik Biznes Proqramı ilə azaldılmış komissiya dərəcəsi ola bilər.
Apple iOS tərtibatçıları üçün yüksək gəlirin arxasında duran ən böyük amillərdən biri daha aşağı tərtibatçı komissiya dərəcəsi, eləcə də Apple-ın tərtibatçılara daha cəlbedici tətbiq təcrübəsi yaratmağa kömək etmək və yüksək proqram təminatı istehsal etməyi asanlaşdırmaq üçün tərtibatçılara təklif etdiyi yeni alətlər və texnologiyaların inkişafıdır.
Onlardan biri - Xcode Cloud, güclü bulud xidmətlərindən istifadə edərək proqramların istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsi üçün lazım olan çoxsaylı tapşırıqları və alətləri bir araya gətirir ki, fərdi tərtibatçılar və komandalar daha məhsuldar ola və istifadəçilərinə gözəl proqramlar təqdim edə bilsinlər.
"Tətbiqdaxili Tədbirlər və Xüsusi Məhsul Səhifələri" ilə App Store tərtibatçılara tətbiqlərini tanıtmaq və istifadəçilərlə əlaqə yaratmaq üçün yeni yollar təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
50 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)











.jpg)



