Qlobal bazarlarda “Dolları sat, hər şeyi al” təklifi
Qlobal iqtisadi canlanmanın sürətlənməsi ilə valyuta menecerləri tərəfindən“dollar satmaq, inkişaf etməkdə olan bazar səhmlərini və qızıl almaq” məsləhətləri tez-tez səslənir.
Ehtiyat (rezerv) valyutası olan ABŞ dollarının pik səviyyələrdə olduğuna dair gözləntilər artıb.
Marja.az xəbər verir ki, "Brandywine Global Investment Management" əmtəə valyutalarını bəyəndiyini, "Blakley Advisory Group" isə qızıl və gümüşü bəyəndiyini bildirib.
Keçən ay dollarda qısa mövqe tutan "Brandywine"in valyuta meneceri Jack McIntyre, "Dollar pik həddə çatıb. Həddindən artıq dəyərlənib. Dolların ucuzlaşması ilə bağlı gözləntilərimin əsas səbəbi qlobal iqtisadi artımın canlanmasıdır" şərhini edib.
Nyu Cersidəki "Bleakley" Məsləhət Qrupunun İnvestisiya Məsləhətçisi Piter Buckvar, "Keçən il dolların bahalaşmasının səbəbi Fed-in sərtləşmədə Yaponiya və Avropa Mərkəzi Banklarını qabaqlaması idi" deyib: "Bu mühitdə mən qızıl və gümüşü dollara alternativ olaraq sevirəm".
ABŞ dollarının mühüm valyutalar qarşısında dəyərini ölçən Bloomberg Dollar İndeksi, dünənki proqnozlara yaxınlaşan inflyasiya məlumatlarından sonra 0,6% ilə may ayından bəri ən böyük ucuzlaşmasını qeyd edib.
İnvestorların fikrincə, ABŞ-ın ticarət kəsirinin genişlənəcəyi barədə proqnozlar və qlobal iqtisadiyyatın bərpası ilə bağlı gözləntilər dolları aşağı salacaq, ABŞ-dan kənar aktivlərə marağı artıracaq.
"K2 Wealth Management"dən George Boubouras, Çili pesosundan Cənub-Şərqi Asiya istiqrazlarına qədər hər cür fürsətə baxdıqlarını söyləyib. Boubouras, dolların "zirvəsinin" geridə qaldığını və inkişaf etməkdə olan bazarlardan Avropaya bir çox səhm və istiqrazda fürsətlərin olduğunu bildirib.
Bostondakı "Barings" İnvestisiya İnstitutu da dolların inkişaf etməkdə olan bazar valyutaları qarşısında ucuzlaşmasını gözləyən qurumlardan biridir. Baş qlobal strateq Kristofer Smart deyib: "Daha pandemiyanın idarə olunduğu bir iqlimdə dolların ucuzlaşması qlobal canlanmanın təbii hissəsidir. İqtisadi fəaliyyət normallaşdıqca, dünyanın digər hissələrinə daha çox kapital axını olacaq. İqtisadiyyatın bərpası inkişaf etməkdə olan bazar valyutalarına fayda verəcək”.
Yüksəlişi gözləyənlər də var
Bəziləri dolların ucuzlaşacağını gözləsə də, digərləri ucuzlaşmanın tez olduğunu bildirirlər.
"DailyFX"dən İlya Spivak, ABŞ-ın dünənki inflyasiya rəqəminin heç bir şahin sürprizi ehtiva etməməsi və Fed sədri Jerome Powell-in son açıqlamaları ilə əlaqədar olaraq, "Dolların hələ zirvəyə çatdığını düşünmürəm" şəkilində fikir bildirib.
"Citigroup Global Markets" ABŞ-ın faiz dərəcələrindəki artımın və FED-in monetar sərtləşdirməsinin inkişaf etməkdə olan bazar faizləri və valyutaları üçün ümumiyyətlə mənfi olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
2 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
4 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
5 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
5 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
