"Buta Airways" aviabiletlərin minimal qiymətini 29 avroya endirdi
“Buta Airways” aviaşirkəti bütün reyslərdə aviabiletlərin minimal qiymətini 29 avroya endiribAzərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti qiyməti 29 avrodan başlayan "Büdcə" tarifi ilə aviabilet əldə etmək imkanını bərpa edib.
Bu barədə Marja-ya “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilirb.
Qeyd edilib ki, bu tarif koronavirus pandemiyasının aktiv fazasında müvəqqəti olaraq mövcud deyildi.
"Büdcə" tarifi üzrə aviabiletləri əvvəlki kimi yalnız aviaşirkətin www.butaairways.az rəsmi saytından əldə etmək olar. Bu tarifdə baqajın pulsuz daşınması nəzərdə tutulmayıb. Lakin hava limanında uçuşa qeydiyyat aviadaşıyıcının digər tariflərində olduğu kimi pulsuz həyata keçiriləcəkdir. Təyyarənin salonunda yer seçimi aviaşirkətin hər üç tarifində ödənişli xidmət kimi təklif olunur.
"Büdcə" tarifi “Buta Airways” aviaşirkətinin bütün xüsusi reyslərində qüvvədədir. Aviaşirkətin marşrut şəbəkəsinə İstanbul, Alanya, İzmir, Ankara, Moskva ("Jukovski" hava limanı), Ufa, Kazan, Həştərxan, Kiyev, Tbilisi, Ər-Riyad, Dammam kimi istiqamətlər daxildir.
"Büdcə" tarifi çərçivəsində aşağıdakı ləvazimatların təyyarənin salonunda pulsuz daşınmasına icazə verilir:
-Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq şəxsi əşyalar üçün kiçk çanta və ya kamera çantası və portativ kompyuter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
-Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
-Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
-Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);
-Fiziki imkanları məhdud olan sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa;
-Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.
Həmçinin, aviadaşıyıcının xüsusi reyslərində "Büdcə" tarifindən başqa, müvafiq olaraq 10 kq və 23 kq qeydiyyatdan keçirilən baqajın daşınması daxil olmaqla, "Standart" və "Super" tarifləri üzrə aviabiletlər əldə etmək imkanı təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 21 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 49 d. əvvəl
-
54 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir

















.jpg)






