"Ziraat Bank Azərbaycan" beynəlxalq ödəniş sistemi tərəfindən tərəfindən mükafatlandırıldı
(®) Yanvar ayının 22 və 23-də Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün tədbir keçirilmişdir. Tədbirdə fərqli banklara müxtəlif nailiyyətlərinə görə nominasiyalar təqdim edilmişdir.
Bu il Ziraat Bank Azərbaycan Visa beynəlxalq ödəniş sistemi tərəfindən türk lirəsi valyutasında çıxardığı kart üçün mükafata layiq görülmüşdür. Türk lirəsi valyutasında Bankkart hazırda VISA Classic növündə 1, 2 və 3 illik olmaqla müştərilərə təqdim edilir.
Müştərilər kartın sifarişini filiala gəlməklə və ya onlayn qaydada, https://bit.ly/3lYqO4o linki vasitəsi ilə icra edə bilərlər. Kart sifarişi adi qaydada 3 iş günü, təcili sifarişlə isə 1 iş günü ərzində hazır olaraq istifadəyə təqdim edilir.
Bankdan verilən məlumata əsasən, türk lirəsi valyutasında “Bankkart”ın bir çox üstünlükləri mövcuddur. Beləki, türk lirəsi valyutasında alış-verişlərdə ikiqat konvertasiya faizi tutulmur, konvertasiya komissiyası mövcud deyil, Ziraat Bank Türkiyə ATM-lərindən nağdlaşdırma komissiyası isə 0.5% (min. 10 TL) təşkil edir. Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycanda kartlar 4 valyuta növündə təqdim edilir. Bunlar manat, türk lirəsi, dollar və avro valyuta növləridir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. Yaxın günlərdə Bakı şəhərində bankın say etibarı ilə 7-ci olan “Səməd Vurğun” filialının açılışı planlaşdırılır.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
-
37 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)













