Ötən il mehmanxanalardakı yerlər 89 faiz boş qalıb
2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7 faiz artaraq 1 milyon 787,0 min olmuşdur.
Marja Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gecələmələrin 48,7 faizi Bakıda, 7,9 faizi Qəbələdə, 6,7 faizi Xaçmazda, 5,9 faizi Qubada, 5,8 faizi Şabranda, 4,2 faizi Lənkəranda, 3,9 faizi Qusarda, 2,7 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Şamaxıda, 1,5 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Mingəçevirdə və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1372,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 76,8 faizini təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0,6 faiz azalaraq 414,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 23,2 faizini təşkil edir. Gecələmələrin 15,5 faizi Türkiyə, 11,0 faizi Rusiya Federasiyası, 9,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,1 faizi Böyük Britaniya, 3,8 faizi İsrail, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi ABŞ, 2,8 faizi İtaliya, 2,7 faizi Almaniya, 2,0 faizi Qətər, 1,9 faizi Hindistan, 1,5 faizi Ukrayna, 1,4 faizi Niderland, 1,2 faizi Qazaxıstan, 1,2 faizi İran,1,1 faizi Belarus, 1,1 faizi Küveyt, 1,0 faizi Gürcüstan, 1,0 faizi Fransa, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,6 faizi Qəbələdə, 3,0 faizi Qusarda, 2,6 faizi Qubada, 1,9 faizi Naftalanda, 1,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Şabranda, 1,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
2021-ci ildə mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olmuşdur ki, onun da 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 faiz səviyyəsində olmuşdur (2020-ci ildə 6,5 faiz). Bu göstərici Şabranda 82,2 faiz, Beyləqanda 25,5 faiz, Qubada 22,2 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 19,1 faiz, Qəbələdə 16,2 faiz, Bakıda 14,2 faiz, Ağcabədidə 14,0 faiz, Bərdədə 13,0 faiz, Göyçayda 12,9 faiz, Cəlilabadda 12,7 faiz, Sabirabadda 12,0 faiz, Şəmkirdə 11,7 faiz, Şamaxıda 11,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 12 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
49 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)








.jpg)







