İlin ən böyük inşaat xəbəri!
Azərbaycanda yeni inşaat marketi bazara daxil oldu.(®) Tam yeni, müasir inşaat həlləri təklif edən “Retaş” inşaat marketin açılış mərasimi baş tutub.
Açılış mərasimində ölkənin ən tanınmış memar-dizaynerləri, iri inşaat şirkətlərinin nümayəndələri, və inşaat sahəsində öz sözünü demiş aparıcı mütəxəssislər iştirak edib.
Açılış nitqində “Retaş” markasının yaradıcılarından Arif Məmmədov inşaat marketin ölkənin inşaat bazarına yeni bir nəfəs gətirəcəyini vurğulayıb. Qeyd edilib ki, bu inşaat marketdə ziyarətçilər arzu etdikləri inşaat materiallarının ən yaxşılarını əldə edəcəklər.
“Retaş” inşaat marketdə hər biri öz sahəsində lider olan markalar son istehlakçıya təqdim olunur.
Bu inşaat market Bakıda fəaliyyətə başlayan ilk dükan olsa da, bu il ərzində ölkənin digər şəhərlərində də filialları açılacaqdır. Bununla da, “Retaş” inşaatda yeni cığır açmağı planlaşdırır.
“Retaş” inşaat marketdə satışı həyata keçirilən bir çox məhsul koteqoryaları vardır: İnşaat boyaları, sənaye boyaları, epoksi boyalar, mebel boyaları, laklar, dolğular, sement əsaslı quru inşaat qarışıqları, gips əsaslı məhsullar, keramoqranitlər, kafellər, metlaxlar, santexnika məhsulları, elektrik avadanlıqları, isitmə sistemləri, xırdavatlar və sairə.
Boya alıcıları üçün “Retaş”-da marketdən ayrılmadan bir neçə dəqiqəyə istədikləri rəngdə boyanı əldə etmək imkanı var. Bunun üçün ən müasir rəngləndirmə aparatı və mütəxəssislər marketdə xidmətinizdə olacaqdır.
“Retaş”-ın üstünlüklərindən biri odur ki, ilk yerli keramoqranit markası olan “NB Ceramic” məhsullarıın eksklüziv satış hüququna malikdir. Burada siz 21-ci əsrin inşaat möcüzəsi hesab olunan Azərbaycan keramoqranitinin ən geniş çeşidi ilə qarşılaşacaqsınız. Seçilən keramoqranitlərin məkanınıza uyğun yerləşdirməsini professional dizaynerlər həyata keçirəcək. “Retaş” ona görə unikaldır ki, inşaatın ən müxtəlif mərhələlərində, qaba inşaatdan son dizayn toxunuşuna qədər bütün materiallar birinci əldən son isteklakçıya təqdim edilir.
“Retaş”-a gəlməklə siz inamla, tam rahat, güvənli gələcəyi özünüz inşa edəcəksiniz. İnşaat marketdə yaradılmış müsbət aura sizi pozitivə kökləyəcək.
Ünvan: Azadlıq prospekti 163
Telefon: 012 562 17 47
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 38 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Ən çox oxunanlar
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı

















