“EVSAN” şirkəti “Sumqayıt Tikinti Xidmət” ASC-ni özəlləşdirdi
“Sumqayıt Tikinti Xidmət” ASC investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib
Uzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 dekabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129.799 səhminin satışı üzrə investisiya müsabiqəsi elan olunub.
Marja xəbər verir ki, 12 yanvar 2022-ci il tarixində müsabiqə komissiyasının iclası keçirilib və müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra, komissiya tərəfindən açıq səsvermə yolu ilə “EVSAN” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin qalibi ilə 26 yanvar 2022-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1 milyon 510 min manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.
İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır.
Müəssisənin yenidən qurulması və fəaliyyəti tikinti məmulatlarının istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
AS Group Omanda beynəlxalq sərgidə iştirak edib - FOTO/VİDEO
-
3 saat əvvəl
Balıq ehtiyatları ilə bağlı ekspedisiya başlayır - Məqsəd balıq ov kvotalarını müəyyən etməkdir
-
3 saat əvvəl
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3-cü rübdə 1600-ə yaxın müraciət daxil olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində - Fotolar
-
3 saat əvvəl
Daha bir aparıcı maliyyə qurumu qızılın qiymətinin 5000 dollara çatacağını gözləyir
-
3 saat əvvəl
"AFB BANK"ın istiqrazlarına abunə yazılışı başlayır - 27 oktyabrda ticarətə buraxılacaq
Son Xəbərlər

BonAqua gənclərə dəstəyini davam etdirir

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı

AS Group Omanda beynəlxalq sərgidə iştirak edib - FOTO/VİDEO

Əhaliyə 9 ayda 7,7 milyard manatlıq ödəniş

ABB kənd təsərrüfatı sektoru ilə bağlı hesabat təqdim etdi

“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində - Fotolar
Ən çox oxunanlar

Daha bir aparıcı maliyyə qurumu qızılın qiymətinin 5000 dollara çatacağını gözləyir

"AFB BANK"ın istiqrazlarına abunə yazılışı başlayır - 27 oktyabrda ticarətə buraxılacaq

"Şimal-Cənub” dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün İşçi qrup yaradılıb

Azərbaycan neftinin son qiyməti

“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli kəskin böyüyüb

Azərbaycanın tanınmış hicab geyimləri brendi satışa çaxarıldı
