Bu ölkənin bankı Qarabağa 100 milyon avro ayırmaq istəyir
Macarıstanın “Exim Bank”ı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işləri 100 milyon avro güzəştli kreditlə maliyyələşdirməyə hazırdır”.
Bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
“Hazırda əsas məsələ Qarabağın minalardan təmizlənməsi, infrastrukturun yaradılmasıdır. Macarıstanın istəyi həmin infrastrukturun yaradılmasında iştirak etməklə bağlıdır. Həm avtomobil, həm dəmir yollarının çəkilməsi, enerji infrastrukturunun formalaşdırılması ilə bağlı macar tərəfi marağını ifadə edib, maliyyələşdirmə barədə təkliflərini bildirib. Macarıstanın “Exim Bank”ı bu işlərə vəsait ayırmaq istəyir”, - deyə o, qeyd edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərinin məqsədlərini açıqlayıb.
“Səfərimin məqsədi münasibətləri, işğaldan azad olunmuş ərazilərdə macar şirkətlərinin iştirakını daha gücləndirməkdir. Bu regionda mühəndis-layihə infrastruktur quruculuğu, enerji təchizatı və kənd təsərrüfatı sahəsində işləyə bilərik. Maliyyə cəhətdən hazırıq, “Exim Bank” 100 milyon avro məbləğində güzəştli kredit verməyə hazır olduğunu bildirib. Biz həmçinin enerji təminatını gücləndirmək istəyirik. Gələn ilin sonunda Azərbaycan qazını Macarıstan bazarında görməyə ümid edirik”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 40 d. əvvəl
-
49 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
53 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)










.jpg)



