Ukrayna iqtisadiyyatı 2021-ci ildə 3,2% artıb
2021-ci ildə Ukraynanın ümumi daxili məhsulunun (ÜDM) artımı 3,2% təşkil edib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü İqtisadiyyat Nazirliyinin mətbuat xidməti baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenkoya istinadən məlumat verib.
“2021-ci ildə Ukraynanın ÜDM-i 3,2% artıb. Dollar ilə ifadədə ÜDM keçən il tarixi maksimuma çatıb və təxminən 200 milyard dollar təşkil edib”, - Sviridenko bildirib.
Dövlət Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin son rübündə əvvəlki rüblə müqayisədə Ukraynanın ÜDM-i 0,7% azalıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,9% artıb.
Ukrayna Milli Bankı 2022-ci ildə ÜDM artımının 3,4% səviyyəsində olacağını proqnozlaşdırır (əvvəllər 3,8% proqnozlaşdırılırdı). İqtisadiyyatın bərpası bahalı enerji resursları və “geosiyasi gərginliyin” təsiri ilə məhdudlaşa bilər. 2023-2024-cü illərdə ÜDM-in artımının ildə 4%-ə qədər sürətlənəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























