KİV: Rusiyalı diplomatlar Ukraynanı tərk etməyə başlayıb
Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları bu ölkəni tərk edir.
Bu barədə “RİA Novosti” agentliyi öz informasiya mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna vətəndaşları bu ölkədəki rus diplomatları və konsulluq əməkdaşlarının Rusiyaya getməyə başladığını bildiriblər. Bununla əlaqədar Rusiya səfirliyi və konsulluğuna qəbula yazılmaqda da çətinliklər yaranıb.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Traasla görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi Moskvanın Ukraynadakı diplomatik missiyasının əsas deyil, texniki heyətinin müvəqqəti evakuasiyası barədə qərar qəbul edə biləcəyini söyləmişdi.
Bundan əvvəl Rusiyanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən “RİA Novosti”-yə səfirliyin adi rejimdə işlədiyi bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
42 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
46 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























