10 sığorta şirkətinin hesabladığı sığorta haqları azalıb - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 10-nun hesabladığı sığorta haqları 2022-ci ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə azalıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, “A Group”, “Ata Sığorta”, “Atəşgah Həyat”, “Atəşgah”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Azsığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta”, və “Qala Sığorta” şirkətlərinin hesabladıqları sığorta haqları azalıb.
Sığorta şirkətlərinin 2022-ci ilin yanvar ayında hesabladıqları cəmi sığorta haqları2021-ci ilin yanvar ayı ilə müqayisədə 14 milyon 223 min manat və ya 13,7% artaraq 118 milyon 234 min manat təşkil edib. Artım həyatın yaşam, tibbi və əmlak sığortaları üzrə hesablanan sığorta haqlarının artmasından qaynaqlanır. İcbari sığortalar üzrə hesablanan sığorta haqları azalıb.
Azərbaycanın ən böyük sığorta şirkətlərindən “PAŞA Sığorta”nın hesabladığı sığorta haqları 2022-ci ilin yanvar ayında 2021-ci ilin yanvar ayı ilə müqayisədə 8 milyon 630 min manat və ya 16,8% artaraq 59 milyon 856 min manat, “PAŞA Həyat Sığorta”nın hesabladığı sığorta haqları isə 8 milyon 869 min manat və ya 54% artaraq 25 milyon 320 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 7 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycana düyü idxalı 18,3% azalıb
Azərbaycan neftinin son qiyməti
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Ən çox oxunanlar
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN






.jpg)











.jpg)


