Milyarder Azərbaycandakı bankına böyük məbləğdə kredit ayırdı
Yelo Bank 6 il müddətinə 25 milyon manat həcmində kredit cəlb edib.Yelo Bank əlavə maliyyə vəsaiti cəlb edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, əsas səhmdar tərəfindən 25 milyon manat həcmində subordinasiyalı kreditin 6 il müddətinə ayrılması barədə müqavilə imzalanıb. Qeyd edək ki, Bankın əsas səhmdarı azərbaycanlı iş adamı, Lukoyl şirkətinin prezidenti, milyarder Vahid Ələkbərovun nəzarətində olan "Topaz İnvetment Limited" MMC-dir.
Məlumatda qeyd edilib ki, bu razılaşma Bankın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimaddan xəbər verir. Beləliklə, Yelo Bank uzunmüddətli maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.
İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək: “Subordinasiyalı kreditin cəlb edilməsi Bankın inkişafı üçün çox əhəmiyyətli addımdır. Bunun sayəsində bankımızın kapital mövqeyi güclənəcək, böyük həcmdə likvid vəsaitlər əldə ediləcək və kreditləşmə fəaliyyəti güclənəcək. Bu, həmçinin yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar da yaradır.”
Qeyd edilib ki, xüsusi subordinasiya borc öhdəliyi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq II dərəcəli kapitala aid edilir. Cari ilin fevral ayının sonuna Bankın məcmu kapitalı 63 milyon manatı ötüb. Cəlb edilmiş subordinasiya vəsaiti hesabına məcmu kapitalın 89 milyon manatı keçməsi planlaşdırılır. Bu da, tənzimləyicinin tələbindən 78% çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.
MBankın məlumatında bildirilir ki, 2022-ci ilin başlanğıcından Yelo Bank-ın maliyyə nəticələrində də artım müşahidə olunur. Bank cari ilin ilk iki ayı ərzində 30 milyon manatdan çox depozit cəlb edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Bu ilin yanvar və fevral aylarında əldə olunan faiz gəlirləri də 2021-ci ilin eyni ayları üzrə müqayisədə 21% artaraq 11 milyon manatı keçib. Bank-ın aktivləri ilin əvvəlindən 18 milyon, ötən ilin başlanğıcından isə 166 milyon manat artaraq 551 milyon manatı ötüb. İlk iki ay ərzində Yelo Bank cəmi 77 milyon manat həcmində kredit ayırıb ki, bunun da 70%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsinə ayrılıb. Bütün bunlar Bankın strateji inkişaf planının uğurlu icrasının göstəriciləridir.
Qeyd edək ki, “Yelo Bank” ASC səhmdarları "Topaz İnvetment Limited" MMC (96%), "İSR Holdinq" MMC (0.1%) və Marina Kulişovadır (3,9%).
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
13 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
16 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
3 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
3 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
























