Azərbaycan bəzi məhsulların ixracını məhdudlaşdırdı - SİYAHI
İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır. Baş verən proseslərin Azərbaycan Respublikasında əhalinin əsas ərzaq malları ilə təchizatına və ölkənin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirlərinin qarşısının alınması məqsədilə bəzi məhsulların ixrac olunması müvəqqəti olaraq tənzimlənəcək - İqtisadiyyat Nazirliyi tərəfindən rəy verildiyi halda ixrac olunacaq.İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilmişdir.
Bu barədə "Marja"ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Bununla əlaqədar olaraq bildiririk ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və ya elektron üsulla (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcəkdir.
Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir.
Əlavə suallarla 195-2 Çağrı Mərkəzinə müraciət edilə bilər.
Qeyd edək ki, Azərbaycandan aparılması müvəqqəti olaraq məhdudlaşdırılan mallara - diri iribuynuzlu mal-qara, mal-qara əti, ev toyuqları, ev toyuqlarının əti, qatılaşdırılmış süd, kərə yağı, dənli bitkilər, zeytun yağı, günəbaxan yağı, qarğıdalı yağı, şəkər, spagetti, makaron və s. daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























