Tovuzda qətlə yetirilən filial müdirinin yerinə təyinat olub
"Azərsığorta" Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialına yeni müdir təyin edilib.
Bu fəzifəyə Elnur Süleymanov təyin edilib. E.Süleymanov bundan əvvəl bankların brində filial müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, bu il aprelin 22-də filialın keçmiş müdiri, 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızının iş otağında meyiti tapılıb. Filialın mühasibi, 1964-cu il təvəllüdlü Vəliyev Vidadi Bəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayuon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada yıxılaraq xəsarət aldığını bildirib.
Tovuz Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşlarının birgə keçirdiyi istintaq tədbirləri zamanı məlum olub ki, qətlə yetirilən filial müdiri Raya Bayramova idarədə mühasib işləyən Vəliyev Vidadi Bəhman oğlu ilə otaqda mübahisə edib.
Bu zaman V.Vəliyev R.Bayramovanın başını öncə masaya vurub, daha sonra onun baş nahiyəsinə küt alətlə (Otaqda qırmızı kərpic qırıntıları aşkar edildiyindən, onun küt alət qismində kərpicdən istifadə etdiyi ehtimal olunur - red.) bir neçə zərbə endirib. V.Vəliyev onun öldüyünə əmin olduqdan sonra filialın qapısını bayırdan bağlayaraq hadisə yerindən qaçıb.
Məlumata görə, ekspertiza zamanı şübhəli şəxs qismində saxlanılan V.Vəliyev xəstəxanada müalicə olunurmuş. Polisin hadisə ilə bağlı nə bildiyi sualına isə V.Vəliyev belə cavab verib:
"Mən özüm də onun yoxa çıxdığını, ailəsinin onu axtardığını bilirdim. Filiala baxmaq istədim, onun orada olub-olmadığını yoxlamaq üçün, lakin qapı bağlı idi, dama çıxıb ordan içəri keçmək istəyirdim ki, ayağım sürüşdü, yıxılıb başımdan xəsarət aldım".
Lakin istintaq zamanı onun ifadələrində yalan olması və hadisə yerində aparılan araşdırmalar zamanı əldə edilən kifayət qədər fakt, cinayətin onun tərəfindən törədilməsi ehtimalını artırıb və o, saxlanılıb.
Saxlanılan V.Vəliyev sonradan başqa bir ifadəsində Raya Bayramova ilə aralarında mübahisənin pul üstündə düşdüyünü etiraf edib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















