Rusiya: Ukraynadan yazılı təkliflər aldıq
Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiya Federasiyası Ukraynadan neytral və nüvəsiz statusa malik olmaq istəyini təsdiqləyən yazılı təkliflər alıb.
O əlavə edib ki, Ukraynanın yazılı təklifləri arasında bütün növ kütləvi qırğın silahlarının istehsalından və yerləşdirilməsindən imtina var.
"Ukrayna tərəfi ilə danışıqlar başa çatıb. Danışıqlar konstruktiv keçib", - Vladimir Medinski bildirib.
Medinski bildirib ki, Rusiya Ukraynaya doğru münaqişənin deeskalasiyası üçün (gərginliyin artmasının qarşısını almaq üçün nəzərdə tutulmuş bir davranış) iki addım atır.
XXX
Rusiya və Ukrayna arasında İstanbul danışıqları:
▪️ Medinski danışıqları konstruktiv adlandırıb.
▪️ Rusiya müdafiə nazirinin müavini Fomin bildirib ki, Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlar praktiki olaraq həyata keçirilir.
▪️ Ukrayna müqavilə ilə bağlı təkliflərini təqdim edib, onlar Putinə məruzə olunacaq - sonra cavab veriləcək, - o deyib.
▪️Rusiya iki addım atır: Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi əhəmiyyətli dərəcədə azaldır və liderlərin nüansları müzakirə edə bilməsi üçün XİN rəhbərinin sülh müqaviləsinin paraflanması ilə eyni vaxtda Putinlə Zelenski arasında görüş keçirməyi təklif edir.
▪️Ukraynalı müzakirəçi Araxamiya bildirib ki, Kiyev Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi təqdim edib: BMT Təhlükəsizlik Şurası ölkələri, eləcə də Almaniya, Kanada, Polşa, İsrail və Türkiyə zamin olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




.jpg)
