"Naxçıvan Sığorta"nın xalis mənfəəti kəskin artıb
"Naxçıvan Sığorta" ASC 2021-ci ili 900 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 317 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə Şirkətin xalis mənfəəti 2,8 dəfə artıb.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Naxçıvan Sığorta"nın cəmi əməliyyat gəlirləri 2 milyon 278 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 153 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 948 min manat, cəmi əməliyyat xərcləri isə 552 min manat təşkil etmişdi.
YIĞIMLARI ARTIB
"Naxçıvan Sığorta"nın hesabladığı sığorta haqları 2020-ci ildə 1 milyon 671 min manat ikən, 2021-ci idlə 2 milyon 509 min manata yüksəlib.
Şirkəitin sığorta ödənişləri isə 2020-ci ildəki 49 min manatdan 2021-ci ildə 422 min manata qalxıb.
“Naxçıvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilk regional sığorta şirkəti olaraq 12 may 2017-ci il tarixli, SF-0013 nömrəli Lisenziyası əsasında sığorta fəaliyyətini uğurla həyata keçirir. Şirkətin baş ofislə yanaşı, Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasının digər bölgələrində nümayəndəlikləri fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 3 saat sonra
-
-
17 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
17 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 19 saat əvvəl
-
22 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)








.jpg)







