Kapital Bank tələbələr üçün yeni layihə təqdim etdi - FOTOLAR
(®) Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank ali məktəb tələbələri üçün yeni layihəyə başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib ola bilərlər.
Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar. Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq.
Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan Kapital Bank-da təcrübə proqramı keçmək şansı qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək istəyənlər https://kbl.az/birideyamvar saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə bağlı sualları [email protected] mailinə ünvanlamaq olar.
Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



