Kürdəmirdə rekreasiya ərazilərinin və şəhərboyu yaşıllıq sisteminin yaradılması təklif edilir
Kürdəmir şəhərinin planlaşdırma işləri yeni sənədə əsasən aparılacaqDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Kürdəmir şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. Kürdəmir şəhərinin sayca üçüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. 2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan yeni sənəddə müasir planlaşdırma tələbləri əsas götürülərək şəhərin gələcək inkişaf istiqamətləri müəyyən edilib.
Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 39000 nəfərə çatacağı gözlənilir. Artan əhalinin təlabatına uyğun olaraq uşaq bağçaları, məktəblər, kiçik parklar və digər sosial xidmət obyektlərinin yerləşdiriləcəyi yaşayış zonalarının qurulması, adambaşına düşən ümumi yaşayış sahəsinin 19,2 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur.
Həmçinin şəhərin inkişafının və əhalinin məşğulluğunun təmin edilməsi üçün yeni sənaye müəssisələrinin yaradılması, ictimai işgüzar zonanın inkişafı planlaşdırılır.
Kürdəmir şəhərində əhalinin daha çox kənd təsərrüfatı ilə məşğul olduğu nəzərə alınaraq zonalaşdırma zamanı bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və fərdi yaşayış evlərinin həyətyanı sahələrlə təmin edilməsi məsələləri də diqqətdə saxlanılıb.
Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi məqsədi ilə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 22+f,53 km-ə çatdırılması nəzərdə tutulur. Əhalinin istirahətinin təşkili və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün rekreasiya ərazilərinin və şəhərboyu yaşıllıq sisteminin yaradılması təklif edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 47 d. əvvəl
-
-
57 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?






























