Yüksək inflyasiya Baydendən narazı olanların artmasına səbəb olur
ABŞ-da yüksək inflyasiya prezident Co Baydenə dəstəyin azalmasına səbəb olur. Reuters/Ipsos-un araşdırmasına görə, ölkədə prezidentin dəstəkləyənlərin xüsusi çəkisi 41%-ə düşüb.ABŞ-da son 40 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya vətəndaşların prezident Co Baydenə olan razılığının azalmasına səbəb olur.
Marja xəbər verir ki, Reuters/Ipsos-un sorğusuna görə, prezident Baydenə dəstək 41 faizə düşüb. Martın ortalarında Baydenə dəstək 40 faizlə ən aşağı səviyyəyə düşmüş, sonra 45 faizə yüksəlmişdi. Lakin açıqlanan inflyasiya məlumatları prezidentə baxışı mənfi istiqamətdə dəyişib.
ABŞ-da istehlak qiymətləri indeksi mart ayında aylıq 1,2 faiz, illik müqayisədə isə 8,5 faiz artıb ki, bu da 1981-ci ilin dekabrından bəri ən böyük artımdır.
Sözügedən dövrdə benzin, mənzil və ərzaq indekslərindəki artımlar istehlak qiymətlərinin artmasında təsir göstərmişdir. Benzinin qiyməti mart ayında aylıq 18,3 faiz, illik 48 faiz artıb.
Məlumatlardan sonra Bayden administrasiyası yanacaq qiymətləri ilə bağlı hərəkətə keçib. Ağ Evdən verilən açıqlamada, Baydenin benzinin qiymətini aşağı salmaq üçün "əlindən gələn hər şeyi etməyə qərarlı olduğu" bildirilib.
Açıqlamda deyilir ki, Bayden administrasiyasının yerli bioyanacaqların inkişafını təşviq etmək strategiyası - qısa müddətdə amerikalıların əlverişli yanacaq seçimlərini genişləndirmək və uzunmüddətli perspektivdə enerji müstəqilliyinə nail olmaq üçün ənənəvi yanacaqlardan asılılığı azaltmaq üçün çox vacibdir.
Açıqlamada Baydenin yanacaq tədarükünü artıraraq benzinin qiymətini aşağı salmaq məqsədinə çatmaq üçün yeni addımlar atdığı, 15 faiz etanol qarışığından istifadə edilən və “E15” adlandırılan benzinə icazə veriləcəyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)










