“AFB Bank” Özünüməşğulluq proqramı çərçivəsində daha 1 vətəndaşa dəstək oldu
(®) Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC həssas əhali qruplarının özünüməşğulluq proqramıistiqamətində başladığı növbəti tədbiri uğurla başa vurub.
Özünüməşğulluq proqramı çərçivəsində daha bir vətəndaş – Gəncə sakini Nəsrəddin Cəfərov “AFB Bank” tərəfindən biznesin inkişafı üçün "çatdırılma xidməti" üzrə aktivlərlə təmin olunub.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas əhali qrupuna aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
“AFB Bank” bu tip sosial layihələrin həyata keçirilməsinin əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət yetirir. Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində “AFB Bank” indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında çox sayda işsiz, fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə aktivlər təqdim edib.
2009-cu ildə fəaliyyətə başlayan “AFB Bank” ASC 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı rəsmi sosial media hesablarından və ya 1545 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








