“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir
(®) “Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı “Breyn Rinq”lə əməkdaşlığını davam etdirir. Artıq 19-cu mövsümə start vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8 universitetini təmsil edən 20 komanda yarışır. 19-cu mövsümdə komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.
Qeyd edək ki, müsabiqəni efirdən izləyən “Breyn Rinq” tamaşaçıları da suallara cavab vermək və “Nar”dan hədiyyə qazanmaq imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala “Nar”ın “Twitter” səhifəsindən cavab vermək lazımdır.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı layihələri ilə seçilən mobil operator “Nar” uzun illər ərzində “Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da “Nar”ın təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində həyata keçirilir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)







