Azərbaycanın ali məktəbinin 3 tələbəsi ABŞ-da 100 min dollardan yüksək məbləğdə doktorantura təqaüdü qazanıb
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbələri Xaqan Kərimov, Sənan Həsənov və İsa Cəfərov magistratura təhsili almadan birbaşa ABŞ-də tam təqaüdlə doktorantura pilləsinə qəbul olunublar.
BANM tələbələrinin hər birinin ABŞ universitetlərindən qazandıqları təqaüdün məbləği 100 min ABŞ dollarından yüksəkdir. Onlar Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaqlar.
Tələbələr bir neçə universitetə qəbul olsalar da, araşdırma maraqlarına uyğun olaraq, Xaqan Kərimov Yuta Universitetini (University of Utah), Sənan Həsənov Mərkəzi Florida Universitetini (University of Central Florida), İsa Cəfərov Nyu-York Şəhər Universitetini (City University of New York) seçib.
Qeyd edək ki, hər üç tələbə Bakı Ali Neft Məktəbinə 2017-ci ildə yüksək balla daxil olub və hazırda onlar təhsil almaqla yanaşı, müxtəlif şirkətlərdə çalışırlar.
Xaqan Kərimov BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına 695 balla qəbul olub. O, İrlandiyanın “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi (Penetration tester) vəzifəsində çalışır. BANM-in tələbəsi Yuta Universitetindən 122,320 min ABŞ dolları məbləğində təqaüd qazanıb. O, bu Universitetlə yanaşı, Pensilvaniya Universitetindən də təklif alıb.
Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına 685 balla daxil olub. “Azerconnect” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi vəzifəsində çalışır, həmçinin müqavilə əsasında Ukraynanın “Eska Global” şirkəti ilə əməkdaşlıq edir. Sənan Mərkəzi Florida Universitetindən başqa, Ohayo Universiteti, Vaşinqton Universiteti, Arlinqtondakı Texas Universitetindən də təklif alıb. BANM tələbəsinin seçim etdiyi Mərkəzi Florida Universitetindən qazandığı təqaüdün məbləği 125 min ABŞ dollarıdır.
İsa Cəfərov Bakı Ali Neft Məktəbinə 695 balla daxil olub. O, hazırda “Bank Respublika”da İnformasiya təhlükəsizliyi mütəxəssisi, eyni zamanda “Cyrex” şirkətində Sızma/nüfuzetmə mütəxəssisi vəzifələrində çalışır. İsa Nyu-York Şəhər Universiteti ilə yanaşı, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən də təklif alıb. BANM tələbəsinin seçim etdiyi Nyu-York Şəhər Universitetindən qazandığı təqaüdün məbləği 135 min ABŞ dolları təşkil edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























