Mərkəzi Bank Taleh Kazımovun bank rəhbərlərilə görüşü barədə məlumat yaydı
Taleh Kazımovun bank rəhbərlərilə ilk görüşünün detalları açıqlanıb.Mərkəzi Bankın sədri Taleh Kazımov kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşün məqsədi milli iqtisadiyyatın inkişafında bank sisteminin rolunun artırılması ilə bağlı fikir mübadiləsi, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxış perspektivləri, ölkədə nağdsız ödənişlərin genişlənməsi və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olmuşdur.
Mərkəzi Bankın sədri görüşdə çıxış edərək Prezident İlham Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd edib. Bildirib ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir və bu istiqamətdə geniş-miqyaslı tədbirlər davam etdirilir.
Bank sektorunun dayanıqlıq göstəricilərinə diqqət çəkən T.Kazımov bank sisteminin ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu xüsusilə qeyd edib və bildirdib ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcəkdir.
Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması, iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf perspektivləri barədə fikirlərini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















