Vergi Xidmətinin rəisi bankların nümayəndələrilə görüşüb - MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR
DVX və banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi müzakirə edilib.
Mayın 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb. Görüşdə ABA və DVX rəhbərliyi, həmçinin ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.
DVX rəisi bildirib ki, görüşün əsas məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq etməkdir.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bank sektorunun təmsilçiləri ilə görüş üçün təşəkkürünü bildirib, qaldırılan bir çox məsələlərin təkcə bank sektoruna deyil, ümumilikdə “kölgə iqtisadiyyatı” İlə mübarizə kontekstində vergi ödəyicilərinin fəaliyyəti ilə bilavasitə bağlı olduğunu qeyd edib.
Görüşdə bank sektoru qarşısında duran bir sıra məsələlər, o cümlədən problemli kreditlər üzrə bankların balansına keçən əmlak və torpaq sahələrinin vergiyə cəlb olunması, DVX və banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi, borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların tətbiqi, vergi qanunvericiliyində bank sektoru üçün sanksiyalar, mikrosahibkarların kreditləşdirilməsi prosesi, beynəlxalq vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması zamanı tətbiq olunan prosedurlar və s. məqamlar müzakirə edilib.
Qeyd olunub ki, DVX ilə yanaşı, bank sektoru da vergi ödəyicilərinin şəffaf fəaliyyətində, dövriyyələrin “ağardılması”nda maraqlıdır və bu prosesdə dövlət-özəl sektor əməkdaşlığı yüksək qiymətləndirilir.
Orxan Nəzərli qaldırılan məsələlərlə bağlı DVX-nin mövqeyini açıqlayıb, bir sıra məqamlarla əlaqədar izahedici mövqelərin hazırlanması və banklara göndərilməsi razılaşdırılıb. Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərlə bağlı müvafiq şərhlər veriblər. Geniş və detallı müzakirəsi tələb olunan məsələlər barədə isə qurumlar arasında işçi qrupun yaradılması və birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi qərara alınıb.
Görüş müzakirələrlə davam etdirilib, vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
