Umayra Tağıyeva: "Güclü külək mayın 8-i gündüzədək davam edəcək"
"Güclü küləkli hava şəraiti mayın 8-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək davam edəcək".
Bunu ETSİN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, mayın 7-si saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.
Gədəbəy rayonunun dağlarına və Qubanın Qrız kəndinə qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub.
U.Tağıyeva qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşüb:
"Düşən yağıntının miqdarı Qrızda 16 mm, Balakəndə 15 mm, Qubada 13 mm, Xınalıq, Şəkidə 12 mm, Qusarda 11 mm, Zaqatalada 10 mm, Şərur, Kürdəmir, Ləzə, Sarıbaşda 9 mm, Bərdə, Kişçay (Şəki), Xaltanda 8 mm, İsmayıllı, Daşkəsəndə 7 mm, Ağdərə (Ordubad), Göygöl, Şamaxı, Mingəçevir, Ağdamda 6 mm, Şahbuz, Gədəbəy, Şəmkir, Altıağac, Oğuz, Sabirabadda 5 mm, Culfa, Sədərək, Ağsuda 4 mm, Qəbələ, Yevlax, Göyçay, Tərtər, Şabranda 3 mm, Naxçıvan, Naftalan, Qobustan, İmişli, Cəfərxan, Qax, Yardımlıda 2 mm, Gəncə, Mingəçevir, Astara, Ordubad, Ağstafada 1 mm olub, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağıb".
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 20 saat sonra
-
- 16 saat sonra
-
32 d. əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 35 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
1 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
1 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
















.jpg)



.jpg)




