Hyundai-dan yeni yığcam krossover - FOTOLAR
Hyundai şirkəti yeni yığcam Kona krossoverinin üzərindən sirr pərdəsini götürmüşdür. Yeni krossover geniş mühərrik çeşidinə və avadanlıq siyahısına malikdir. Bundan əlavə, krossover opsional olaraq tam çəkiş sistemi və iki növ asqı sistemi ilə də təchiz edilir.
Cənubi Koreya istehsalçısının bildirdiyinə görə, krossover tamamilə yeni platformada istehsal edilmişdir. Koreyalılar bu platformanın xüsusi olaraq yığcam krossoverlər üçün hazırlandığını və “B-SUV seqmentində yeni standartları təyin etdiyini” iddia edirlər. Avtomobilin ölçüləri barədə məlumat verilməsə də, onun geniş salona malik olduğu bildirilmişdir. Yeni krossover kuzovu ikirəngli tərtibat sxemi ilə seçilir və plastidən hazırlanmış müdafiə qurşağı ilə təchiz edilmişdir. Hyundai Kona işıqdiodlarından hazırlanmış fənərlərlə də təchiz edilir.
Lakin, bu fənərlərin standart olaraq quraşdırılacağı yaxud opsiya kimi təklif ediləcəyi məsləsi sual altındadır.
Satılacağı ölkədən asılı olaraq krossover dörd müxtəlif mühərriklə təklif ediləcəkdir. Bunlardan birincisi 149 at qüvvəsi və 179 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərrikidir ki, bu mühərrik də altı pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışacaqdır. Belə mühərriklə krossover 100 km/saat həddinə 10 saniyəyə sürətlənir və 194 km/saat maksimal sürətə malikdir.
Kona modelinin mühərrik çeşidinə 177 at qüvvəsi və 265 Nm fırlanma anı təklif edən 1,6-litrlik Gamma turbomühərriki də daxil edilmişdir. Güc aqreqatı yeddi pilləli iki muftalı “robotla” tandemdə çalışır.
Turbomühərrikli Kona 100 km/saat həddinə 7,7 saniyəyə sürətlənir və 210 km/saat maksimal sürətə malikdir. Avropa bazarında Kona 120 at qüvvəsi və 172 Nm fırlanma anı olan 1,0-litrlik üç silindrli turbomühərriklə təklif ediləcəkdir. Bu mühərrik krossoverə 100 km/saat həddini 12 saniyəyə toplamağa və 181 km/saata qədər sürətləndirməyə imkan yaradacaqdır.
Bundan əlavə, avtomobilin mühərrik çeşidinə xarakteristikaları açıqlanmamış 1,6-litrlik turbodizel də daxil ediləcəkdir.
Hyundai Kona modeli McPherson tipli ön asqı sistemi ilə təchiz ediləcəkdir. Çəkiş növündən aslı olaraq isə, avtomobil torsion dirəyi (öndənçəkişli) və ya çoxqollu asqı (tam çəkişli) ilə təklif ediləcəkdir. Krossoverin avadanlıq siyahısına geniş çeşiddə müasir təhlükəsizlik sistemləri daxil edilmişdir. Bunların arasında qəza təhlükəsi olarsa avtomatik qəfil əyləcləmə sistemi, hərəkət zolağında saxlama funksiyası, avtomatik “uzaq” işıqları da vardır.
Bundan başqa, krossover beş, yeddi və ya səkkiz düymlük displeyləri olan multimedia sistemini də əldə etmişdi. Bahalı variantlarda proyeksiya displeyinin və smartfonların induksion doldurulması sistemi də quraşdırılacaqdır. Hyundai Kona modelinin Cənubi Koreyadakı satışlarına bu aydan start veriləcəkdir.
© Autograph.az
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
-
32 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
56 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub























