Aktivlərindən ən yaxşı istifadə edən sığorta şirkətləri - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkəti ötən ili 60,5 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 1 milyard 216,5 milyon manat məbləğində aktivlərin 5%-i qədərdir.
Ayrı-ayrı sığorta şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 16 sığorta şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "Qala Sığorta" ASC olub. Bu şirkətin əldə etdiyi mənfəət aktivlərinin 17,7%-ni təşkil edib. Baxmayaraq ki, "Qala Sığorta" aktivlərinin məbləğinə görə ölkədə 5-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC tutub. Bu şirkət ötən il aktivlərinin 17,4%-i qədər mənfəət əldə edib. Bu arada, "Aqrar Sığorta" aktivlərinin məbləğinə görə, 20 sığorta şirkəti arasında 20-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Qala Həyat Sığorta" ASC sahib çıxıb. Bu şirkətin illik mənfəəti aktivlərinin 10,4%-i qədər olub. Halbuki, "Qala Həyat Sığorta" aktivlərinin məbləğinə görə, sığorta şirkətləri arasında 8-cidir.
Mənfəətlə işləyən qalan 13 sığorta şirkətindən isə 1-də sözügedən göstərici 10,3%, 11 şirkətdə 1-10% arasında, 1 şirkətdə isə 0-1% arasında dəyişir.
№
|
Sığorta şirkətinin adı
| Şirkətin illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Qala Sığorta | 17,7% |
2 | Aqrar Sığorta | 17,4% |
3 | Qala Həyat Sığorta | 10,4% |
4 | PAŞA Sığorta | 10,3% |
5 | Azərbaycan Sənaye Sığorta | 9,6% |
6 | Atəşgah Həyat Sığorta | 9,5% |
7 | Naxçıvan Sığorta | 9,4% |
8 | Meqa Sığorta | 8,4% |
9 | Xalq Sığorta | 6,3% |
10 | Xalq Həyat Sığorta | 5,8% |
11 | PAŞA Həyat Sığorta | 4,5% |
12 | İpək Yolu Sığorta | 4,1% |
13 | A-Qrup Sığorta | 4,0% |
14 | Azsığorta | 2,0% |
15 | Meqa Həyat Sığorta | 1,5% |
16 | Atəşgah Sığorta | 0,8% |
17 | Günay Sığorta | -6,9% |
18 | Atasığorta | -13,0% |
19 | Bakı Sığorta | -14,2% |
20 | Azərsığorta | -29,1% |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 d. əvvəl
-
-
18 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
40 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















