Dövlət Xidmətindən "SOCAR PETROLEUM" barəsində 27,4 milyon manatlıq qərar!
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "SOCAR" yanacaqdoldurma məntəqələrinin sahibi olan "SOCAR PETROLEUM" şirkətini cəzalandırdı. Fəaliyyəti nəticəsində əldə etdiyi 27 milyon 412 min 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilib. Buna səbəb araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunmasıdır.
Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur.
Xidmətin Marja.az-a daxil olmuş məlumatda qeyd edilib ki, bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən "SOCAR PETROLEUM" QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.
Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti "SOCAR PETROLEUM" QSC-nin "Tənzimlənən qiymətlər haqqında" və "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27 milyon 412 min 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.
"Neft məhsulları bazarında bu cür halların aşkar ediləcəyi təqdirdə qanunamüvafiq ən sərt tədbirlər görüləcəkdir",- Dövlət Xidməti xəbərdarlıq edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ədalətli rəqabət mühitinin qorunması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsi istiqamətində tədbirləri davam etdirir.
Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 15.09.2008-ci ildə təsis edilmiş və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır. “SOCAR PETROLEUM” QSC yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir. Eyni zamanda, “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətlərindən biri neft məhsullarının satışını təşkil və təmin etməkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
-
-
41 d. əvvəl
Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azər-Türk Bank hər ay orta hesabla 1 milyon manatdan çox xalis mənfəət əldə edib
-
17 saat əvvəl
Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib
Son Xəbərlər

Azərbaycanın 2026–2029-cu illər üzrə dövlət büdcəsi proqnozları: gəlirlər artacaq, xərclər yüksələcək

Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir

Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək

Rəsmi məzənnnələr açıqlandı

Kredit şirkəti illik 15 faizlə 2 milyon manat borc alır

Dövlət bankı “Azər-Türk Bank” maliyyə vəziyyətini açıqladı

21 bank mənfəət açıqladı - SİYAHI
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bakı Ali Neft Məktəbi və “PAŞA Kapital” anlaşdı

“Xalq Bank” daha da böyüyüb, əməliyyat gəlirləri artıb

FMG Ağdamın ilk yaşayış kompleksi və Cənubi Qafqazın ən hündür göydələni ilə BakuBuild sərgisində

Energetiklərə özəl 70 000 manatadək kredit - KOMİSSİYASIZ
.png)