ABB-nin manatla istiqraz emissiyasının “Açılış Zəngi” olub
1 iyun 2022-ci il tarixində ABB-nin milli valyutada manatla istiqrazlarının emissiyasının “Açılış Zəngi” olub.
İstiqrazlar 20 milyon manat həcmində, 2 il müddətinə, illik 6% kupon dərəcəsi ilə emissiya edilib.
9 investorun sifarişi əsasında istiqrazlar tam məbləğdə yerləşdirilib.
“Açılış Zəngi” mərasimində Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının rəhbər şəxsləri də iştirak edib.
ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev ilk dəfə Azərbaycan manatı ilə istiqraz emissiyasının həyata keçirilməsinin ABB-nin fəaliyyətində xüsusi bir gün olduğunu bildirib. O, ABB-nin 30 il ərzində sistem əhəmiyyətli universal bank kimi həm sektorda, həm də ümumən ölkəmizin biznes mühitində bir çox mütərəqqi ənənələrin formalaşmasında fəal iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, manatla istiqraz emissiyası da bunlardan biridir:
“İstiqrazların emissiyası, ABB-nin öhdəliklərinin, maliyyələşmə mənbələrinin alət və müddət baxımından diversifikasiyasına dəstəkdir. Eyni zamanda, ölkəmizdə kapital bazarlarının inkişafına yönəlmiş addımdır. İnanırıq ki, bu addım, maliyyə sektorunun, korporativ qiymətli kağızlar bazarının inkişafına, maliyyə alətlərinin diversifikasiyasına töhfə verəcək. Vətəndaşlar və investorlar üçün yeni investisiya imkanlarının formalaşmasında da xüsusi rol oynayacaq”. Onun sözlərinə görə, bazar trendlərini, müştəri tələblərini nəzərə alaraq, ABB-nin yaxın gələcəkdə emissiya sayını artırması istisna deyil.
Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Samir İsmayılov son illər ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu cür emissiya tədbirlərinin bazarda getdikcə yüksələn aktivlikdən xəbər verdiyini bildirib.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev də qiymətli kağızlar bazarındakı son artım göstəricilərinə diqqət yönəldib. ABB-nin manatla istiqraz emissiyasının bazara daha da müsbət təsir göstərəcəyini qeyd edib. Mərasimin sonunda emissiyanın açılışını bildirən simvolik zəng səsləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







