“OBA”nın standartlarına uyğun gəlməyən malları qəbul etmirik, laborator xərclərimiz 450 min manatdır"
“OBA”ya dair cəmiyyətdə bəzi sterotiplər yaranıb. Marja.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü və “OBA” marketlər şəbəkəsinin rəhbəri Vüsal Şərifov sterotiplərə cavab verib.
“Buna sadə bir izah verim. Ümumiyyətlə, bəzi marketlər əsasən öz marka məhsullarını, yəni bazarda tanınmayan məhsulları satır. Bəzən müştərilər tanınmayan məhsulu almaqdan çəkinirlər. Məhsulun qiyməti müqayisədə xeyli aşağı olursa, təbii ki, sterotiplər yarana bilir”.
Vüsal Şərifov “Burada bir məsələyə diqqətinizi çəkmək istəyirəm” deyərək, sözlərinə belə davam edib: “Biz məhz “OBA”ya məxsus marka məhsulumuzu istehsal ediriksə, onun keyfiyyətinə daha əminliklə zəmanət verə bilirik. Çünki məhsul istehsalının hər bir mərhələsində şəxsən iştirak edirik və buna görə məsuliyyət daşıyırıq.
Biz keyfiyyət üzərində daim çalışırıq və sizi əmin edirəm ki, “OBA”nın keyfiyyət standartlarına uyğun gəlməyən malları qəbul etmirik. Mağazalarımıza daxil olan hər bir məhsul laboratoriyada yoxlanılmış və dövlət standartlarına cavab verən məhsuldur. Buna sübut olaraq deyim ki, alıcılarımızın keyfiyyətli qida ilə təminatı üçün təkcə ötən ildə Veysəloğlu Şirkətlər Qrupu üzrə laborator xərclər 450 min manata yaxın olub.
İndi isə qayıdaq sterotiplər və marketə inam məsələsinə. İstehlakçılar arasında aparılan araşdırmalara görə, bazar markalı məhsullardan gözlənilən keyfiyyət və keyfiyyətdə davamlılıq ən vacib məsələlərdəndir. Marketə güvən marketin öz markasına güvənə bərabərdir. El arasında belə bir deyim var: “Qaçan ayağa daş dəyər”. Biz çalışırıq, inkişaf edirik, intensiv böyüyürük və təbii olaraq görünürük, diqqət cəlb edirik. Bu gün biz dəyişirik, hazırda ilk açılmış mağazalarımızın interyer, eksteryer dizaynını dəyişirik. Bu proseslər əsasında neqativ düşüncəni aradan qaldırmaq üçün kollektiv olaraq çalışırıq”.
Qeyd edək ki, “OBA” marketlərinin sayı 6 il ərzində 1111-ə çatıb. Bu, hər il orta hesabla 183 marketin, hətta bəzən hər 2 günə bir marketin açılması deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI





























