ABB səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi tarix dəyişdi
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ABB) bildirir ki, 2022-ci il iyunun 14-də keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti ümumi yığıncağı 2022-ci il iyunun 30-undakeçiriləcəkdir.
Bankın bildirişinə görə, ümumi yığıncağın gündəliyində dəyişikliklər edilməmişdir.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi.
2. 2021-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi.
3. “ABB” ASC-nin balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi.
Yığıncaq Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda keçiriləcəkdir.
Qeyd edək ki, ötən ilin sonunda ABB-nin 1 milyard 241 milyon 287 min manat nizamnamə kapitalının 91.40%-i Maliyyə Nazirliyinə, 3.7%-i Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrar Kredit”ə, 4,61%-i digər şəxslərə məxsus olub.
Milli maliyyə stadartları hesabatlarına ənsasən, Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti 2021-ci ildə 2020-ci illə müqayisədə 79 milyon 389 min manat və ya 61,4% artıb. ABB 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























