Azərbaycanın bank sektorunun kövrəklik indeksi yaxşılaşıb
Bank sektorunun kövrəklik indeksində (BSFI) yaxşılaşma müşahidə olunur.
Marja xəbər verir ki, bu barədə Mərkəzi BAnkın “Maliyyə sabitliyi hesabatı – 2021” hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, beynəlxalq təcrübədə geniş istifadə olunan BSFI indeksi bank sektorunun dayanıqlılığını qiymətləndirir. İndeks özəl sektora verilmiş kreditlər, xarici borc öhdəlikləri və əhalinin əmanətlərinin standart kənarlaşmasının orta qiyməti olaraq müəyyən edilir. İndeksin kəskin dəyişməsi sektorun dayanıqlılığına təsir kimi qiymətləndirilir.
2020-ci ilin sonuna sektorun kövrəklik indeksi 3 ilin əvvəli ilə müqayisədə azalaraq “-0.65” təşkil etmişdir ki, bu da pandemiya və qapanmalar şəraitində risk səviyyəsinin artdığını göstərirdi. 2021-ci il ərzində isə iqtisadi artımın bərpası və bankların balansının genişlənməsi fonunda indeks yaxşılaşaraq “0.20” təşkil etmişdir.
Kövrəklik indeksinə görə, -0.5; və aşağı aralığında kövrəklik və risklərin reallaşmasının ehtimalının yüksək olması, -0.5; 0 aralığında bank sistemi orta kövrəklik, 0; 0,5 aralığında bank sisteminin yüksək artım tempi ilə inkişaf etməsi və potensial risklərin akkumulyasiyası, 0.5; və yuxarı olduqda isə bank sistemində hərarətlənmə və köpüklərin yaranması deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















