Faiz gəlirlərinin vergiyə cəlb olunmasında vahid mexanizm tətbiq olunacaq

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 13 may 2022-ci il tarixli qanunu imzalayıb. Dəyişikliyə əsasən, faiz üzrə ödəmələrdən ödəmə mənbəyində verginin tutulmaması mexanizmi faiz gəliri əldə edən bütün hüquqi şəxslərə şamil ediləcək və faiz gəlirləri üzrə vergilənmədə vahid mexanizm tətbiq olunacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elnur Yusifov bildirib ki, faiz gəlirini əldə edən bütün hüquqi şəxslərin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan edilməsi və ödənilməsi həyata keçiriləcək. Dəyişikliyə əsasən, yalnız rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
Bu dəyişikliyə qədər bəzi hallar istisna olmaqla, bütün fiziki və hüquqi şəxslərə ödənilən faizlərdən ödəmə mənbəyində 10% dərəcəsi ilə vergi tutulurdu. İstisnalara rezident və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident banklara, həmin qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəliklərinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər aid edilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
