Azərbaycanın strateji valyuta ehtiyatları açıqlandı - ARTIB
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 milyard ABŞ dollarına yüksəlmişdir.
Məlumatda qeyd edilib ki, 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir.
Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil etmişdir. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.
Məlumatda bildirilib ki, xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil etmişdir. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























